Sentyabrın 22-də İ.Əbilov adına mədəniyyət evində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
   Ziyalıların, ictimaiyyət nümayəndələrinin, Bakının orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilmiş tədbirdə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin bəhrələrindən söhbət açılıb. Bildirilib ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sürətli iqtisadi inkişafı təmin edilib, bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində yeni uğurlar qazanılıb.
   Tədbirdə “Vurğun” poeziya teatrının ifasında dövlətçiliyimizə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.