Kitabxanada dövlət müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş tədbir
   
   Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib. Kitabxanadan bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib. “Dəyirmi masa”da dövlət müstəqilliyimizin bərpasının əhəmiyyətindən, bu nailiyyətin əldə olunmasında ümummilli lider Heydər Əliyevin tarixi missiyasından, 20 il ərzində qazanılan uğurlardan söhbət açılıb. Tədbirdə məktəblilər hazırladıqları məruzələrlə çıxışlar edib, şeirlər söyləyiblər. Kitabxanada, həmçinin “Əbədi müstəqillik” mövzusunda sərgi də açılıb.