Oktyabrın 7-də Qobustan rayonundakı Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol” adlı elmi-praktiki konfrans keçirilib.
   Tədbiri giriş sözü ilə açan Qobustan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şəhriyar Soltan ölkəmizin müstəqillik tarixindən danışıb. Natiq, respublikamızın bütün bölgələrində olduğu kimi, Qobustan rayonunda da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı keçirilən silsilə tədbirlərdən söz açıb. Oktyabrın 10-da isə Qobustan rayonunda böyük öndərin adını daşıyan parkda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar bayram konserti keçirilib.
   "Space" telekanalı və Qobustan Rayon İcra Hakimiyyətinin birgə layihəsi olan tədbirdə Xalq artisti Bilal Əliyev, əməkdar artistlər Lalə Məmmədova, Gülüstan Əliyeva, Mətanət İsgəndərli, müğənnilər Əlikram Bayramov, Elariz Məmmədoğlu, Babək Niftəliyev, Elnarə Abdullayeva və digərləri çıxış ediblər.