Oktyabrın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibinə AİB-nın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono, təşkilatın katibi Robert Douson, təşkilati işlər üzrə məsul Cill Meri Drilon daxil idi.
    Görüşdə 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan AİB İdarə Heyətinin növbəti iclası ilə bağlı hazırlıq işləri, iclasın keçiriləcəyi yer, tədbirin mədəni proqramı və digər məsələlər müzakirə olunub. Söhbət əsnasında həmçinin ölkəmizlə AİB arasında ikitərəfli əməkdaşlığın vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.
    Nümayəndə heyəti səmimi görüşə görə nazirə təşəkkürünü bildirib və AİB İdarə Heyətinin növbəti iclasının yüksək şəkildə keçirilməsi ilə bağlı məsləhətləşmələrin uğurla davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.