Dekabrın 29-da Cəlil Məmmədquluzadənin ev-muzeyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” mövzusunda tədbir keçiriləcək. Tədbirdə respublika “Gənc turistlər və diyarşünaslıq” mərkəzinin üzvləri və əməkdaşları Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Bakı şəhərindəki 150 saylı məktəbin müəllim və şagird heyəti və Bakı şəhərində fəaliyyət göstərən muzeylərin əməkdaşları iştirak edəcəklər.