Dekabrın 28-də Nəsimi rayon MKS-in 4 saylı filialının təşkilatçılığı və 54 saylı məktəbin şagird və müəllimlərinin iştirakı ilə dahi şair Nizami Gəncəvinin 870 illiyi münasibəti ilə tədbir keçirilib. Məktəbin akt zalında keçirilən tədbir şairin şeirləri ilə başlayıb. Məktəblilər tərəfindən səhnələşdirilmiş «Nuşirəvan və bayquşların söhbəti», «Yeddi gözəl» əsəri, Nüşabə ilə İsgəndərin görüş səhnəsi təqdim olunub. Daha sonra Nizami Gəncəvini 870 il sonra insanların necə xatırladığını əks etdirən videorolik nümayiş olunub. Tədbirdə müəllimlər dahi şairlə bağlı çıxış ediblər.