İstiqlal Muzeyində sərgi təşkil olunacaq
   
   İstiqlal Muzeyində 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş sərgi təşkil olunacaq. "20 Yanvar şəkillərin dili ilə" adlı sərgi yanvarın 17-si açılacaq. Sərgidə Qərb Universitetinin dizayn fakültəsinin tələbələrinin 60-dan artıq əsərləri nümayiş olunacaq.
   Tədbirin sonunda tanınmış operator, polkovnik-leytenant Seyidağa Mövsümlünün 20 Yanvar hadisələrinə həsr olunan sənədli filmi də nümayiş olunacaq.