“İncəsənət haqqında söhbətlər”
   
   Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin “Rus muzeyi: virtual filial” İnformasiya Təhsil Mərkəzində “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində böyük rus rəssamı İvan Şişkinin 180 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Bakı məktəblərinin şagirdləri, tələbələr və həmvətənlər iştirak ediblər. Azərbaycan Rəssamlıq Akademiyasının İncəsənət tarixi kafedrasının dosenti Afət Aslanova əsərlərinin böyük hissəsi Moskvadakı Dövlət Tretyakov Qalereyasında, Sankt-Peterburqdakı Rus Muzeyində və bir sıra əyalət muzeylərində saxlanılan rəssamın həyat və yaradıcılığı barədə mühazirə ilə çıxış edib.     

   Sergey Şakurovun yubileyi qeyd edilib
   

   Yanvarın 16-da Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiyanın Xalq artisti Sergey Şakurovun 70 yaşı münasibətilə tədbir keçirildi. Tədbirdə müxtəlif təşkilatların nümayəndələri, Rusiya kinosunun gənc təmsilçiləri iştirak edirdilər. Tədbiri aparan kinoşünas Kəmalə Məmmədova Sergey Şakurovun həyatı və sənət bioqrafiyasından söz açdı, onun yaradıcılığından, teatr və kino sahəsinə verdiyi töhfələrdən bəhs etdi. K.Məmmədova aktyorun yaratdığı çoxsaylı obrazlardan da söz açdı. 1982-ci ildə çəkilən və S.Şakurovun baş rolu ifa etdiyi «Qapını mənə kim döyür» filmi tədbir iştirakçıları tərəfindən böyük maraqla izləndi.
   
   Mehparə