Yanvarın 18-də M.S.Ordubadinin ev-muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qanlı Yanvar günü xatirələrdə” mövzusunda tədbir keçirilib.
   Ziyalıların, gənclərin, məktəblilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərgi açılıb.
   Muzeyin direktoru Lalə Abaszadə və digər çıxış edənlər 20 Yanvar faciəsi zamanı həlak olmuş gənclərin xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildiriblər.
   Paytaxtın 19, 27, 269 nömrəli orta məktəblərinin şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.