Əhməd Cavadın yubileyi ilə əlaqədar tədbir keçirilib
   
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı M.Ə.Sabir adına kitabxana-klubda Əhməd Cavadın anadan olmasının 120 illiyinə həsr olunmuş “Vətəndaş şair” adlı tədbir keçirilib. Tədbirdə kitabxana-klubun işçiləri, fəal oxucular və 191 nömrəli orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
   Çıxış edənlər Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin sərəncamını yüksək qiymətləndiriblər. Qeyd edilib ki, şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir.
   Tədbirdə M.Ə.Sabir adına kitabxana-klubda istiqlal şairinin yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı görülmüş işlərdən söhbət açılıb.