Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin «Bayatı» kitab mağazasında Elçin Hüseynbəylinin «Şah Abbas» kitabının imzalanma mərasimi keçirildi. Tədbir açıq havada, kitab mağazasının qarşısında baş tutdu. Tədbirdə kitabın müəllifi, oxucular, AYB-nin əməkdaşları və jurnalistlər iştirak edirdi. Çıxış edən yaradıcı insanlardan İlyas Tapdıq, Elxan Zal Qaraxanlı belə mərasimlərin keçirilməsinin vacib olduğunu, kitab satışına marağın artacağını və bu mərasimlərin gələcəkdə ənənə halını alacağını vurğuladılar. Müəllif Elçin Hüseynbəyli də belə mərasimin keçirilməsinin oxucularda geniş maraq oyadacığını söylədi. Tədbirdə bugünlərdə Səlim Babullaoğlunun da kitabimzalama mərasiminin keçiriləcəyi səsləndi. Çıxışlar bitdikdən sonra oxucular mağazadan kitab alaraq müəllifə imzalatdırdılar.