Mayın 23-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində «Müsəlman dövlətlərdə memarlıq irsi və onun mədəni və iqtisadi inkişafda rolu» adlı I Beynəlxalq Konfrans keçiriləcək. Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyilə nümayəndə heyəti iştirak edəcək. Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləzizin himayəsilə bu ölkənin Ali Turizm və Abidələr Təşkilatının keçirdiyi konfrans çərçivəsində sərgilər təşkil ediləcək. Sərgilərdə Azərbaycandan da xalq sənətkarları iştirak edəcək.