İngiltərə mətbuatı xəəbər verir ki, 57 yaşlı qadın yazar Hillari Mentel 2009-cu ildə “Ədəbiyyat sahəsində ən yaxşı roman” nominasiyası üzrə nüfuzlu Bukerov mükafatına layiq görülüb. Yazıçı qadın bu mükafata özünün “Canavar salonu” əsərinə görə layiq görülüb. Romanda XVI əsrdə hakimiyyətdə olmuş Böyük Britaniya kralı VIII Henrinin sevimlisi Tomas Kromvelin həyatından bəhs edilir. Bu şəxsiyyət barəsində İngiltərə tarixində kifayət qədər material olsa da Hillari Mentel öz romanını Kromvel kimi tarixi personajın həyatının nisbətən az məlum olan tərəflərini əks etdirən faktlar əsasında yazıb.
   İngiltərə mətbuatı xəbər verir ki, Bukerov mükafatına layiq görülmüş bu əsəri üçün Hillari Mentel 50 min funt-sterlinq pul mükafatı alıb.