Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Mədəniyyət İnstitutunun Kitabxanasına Azərbaycan dövlətçiliyi, tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, ədəbiyyatı, adət və ənənələri, Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi haqqında materiallarla zənginləşdirmək məqsədilə kitab və elektron nəşrlərdən ibarət kolleksiya göndərilib.
   Kolleksiyaya “Heydər Əliyev və mədəniyyət” üç cildliyi, “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” iki cildliyi, “Heydər Əliyev və Şərq. İKT dövlətləri”, “İlham Əliyevin uğurlu ekoloji siyasəti”, A.Mirzəzadə: “Azərbaycan, zaman, inkişaf”, “Armenian terror”, “Khocaly: Martyrs and Witnesses”, “Qarabagh war”, “Kharabakh: yesterday and today” “Bizi əsirlikdən qurtarın. Release us from captivity”, Əziz Ələkbərli: “Qərbi Azərbaycan abidələri”, “Prestuplenie armənskix terroristiçeskix i banditskix formirovaniy protiv çeloveçestva (XIX-XXI vv.)”, “National Parks of Azerbaijan”, Cəfərqulu Rüstəmov: “Qobustan - Azərbaycanın qədim mədəniyyət ocağı”, “Monumentı Azerbaydjana”, “Kitabi - Dədə Qorqud” və s. kitabları, habelə “Azərbaycan Respublikasının Dövlət Himni”, “This is our Azerbaijan”, “Azerbaijan motifs”, “The cloth peddler”, “O olmasın, bu olsun”, “Gara Garayev. Selected works” elektron nəşrlər, CD və DVD və s. daxil edilib.