Şair Səlim Babullaoğlunun İran və Ukraynada iki kitabı nəşr edilib. İranda “Yaşmaq” seriyasından nəşr olunan kitab “Küləyə qarşı gedən qadın” adlanır. Kitabda Səlim Babulloğlunun otuza qədər şeiri toplanıb. Kitabı əski əlifbaya uyğunlaşdıran Həmid Afəti, redaktor və nəşrə hazırlayan isə Məsiağa Məhəmmədidir. Həmin kitab seriyasından tanınmış Azərbaycan şairləri Ramiz Rövşən, Bəxtiyar Vahabzadə və Əjdər Olun kitabları nəşr olunub.
   S.Babullaoğlunun digər kitabı Ukraynada məşhur “Fakt” nəşriyyatında işıq üzü görüb. Kitab “Maskalı adamların himni” adlanır. Kitabın tərcüməçiləri Mariyanna Kenlovsakaya, Vasul Gerasinyuk, Aleksey Zoroxsoviç, Sergey Qrabardır. Kitaba Dimitro Stus ön söz yazıb.