Azərbaycanın milli kitabxanası yeni xidmət təqdim etməyə başlayıb. Artıq qeydiyyatdan keçmiş oxucu elektron poşt vasitəsilə kitabxanaya gəlməzdən öncə ona lazım olan kitabı sifariş edə və ya bu nəşrin fondda olub-olmadığını öyrənə bilər. Arzulayanlar kitabxananın rəsmi saytında qeydiyyatdan keçə bilərlər. Bunun üçün anketi doldurub, iki fotoşəkil əlavəsi ilə birgə kitabxananın elektron ünvanına göndərmək lazımdır. Bütün bu əməliyyatların hamısı Soros Fondunun ayırdığı qrant hesabına, VTSL (Virginia Technical Library System) ABŞ avtomatlaşdırılmış kitabxana-məlumat sisteminin köməyi ilə həyata keçirilir.
   Layihə 2007-2013-cü illər üçün Azərbaycan kitabxanalarının inkişaf proqramı çərçivəsində nəzərdə tutulub. Elektron kataloq şəbəkəsinin yaradılması, Azərbaycan ədəbiyyatı virtual kitabxanasının formalaşdırılması, kitabxanalar üçün xüsusi binaların tikilməsi, ölkənin tarixi irsinin uzunmüddətli qorunması üçün texnologiya və üsulların işlənməsi və kitabxanalar, nəşrlər və KİV -ləri üçün vahid məlumat bazasının hazırlanması bu proqrama daxildir.