Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Sadıq Şəndilin “Qanlı Nigar” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri gedir. Bu pyesi ilk dəfə mərhum sənətkar Vaqif İbrahimoğlu tərcümə edərək səhnələşdirib. İndi isə eyni tərcümə əsasında bu əsər Namiq Ağayev tərəfindən tamaşaya hazırlanır. Akademik Milli Dram Teatrından bildiriblər ki, bundan əlavə, sənət ocağında Viktor Hüqonun “Mariya Tüdor” əsəri Gümrah Ömərin quruluşunda “Qadın taleyi” adı ilə səhnələşdirilir.