Samsun Universitetinin professoru Mustafa Özbalçı kitab mütaliəsinə maraq artırılması məqsədilə orijinal addım atıb. Professor 3 mərtəbəli villasının birinci mərtəbəsini hər kəsin üzünə açıq olacaq kitabxanaya çevirib. Kitabxanada professorun tələbəlik illərindən üzü bəri aldığı minlərlə kitab yerləşdirilib. 50 il ərzində topladığı kitablara yeni-yeni nəşrlər də əlavə edəcəyini bildirən Özbalçı eyni zamanda burada müzakirə klubu, qonaq otağı da yaradıb. Onun sözlərinə görə, kitabsız insan cəmiyyəti ola bilməz. Professor qeyd edib ki, təqaüdə çıxdıqdan sonra ömrünü məhz bu kitabxanaya sərf edəcək: “Kitab oxumağı və oxutdurmağı çox sevirəm, hər kəs bu kitabxanadan istifadə edə bilər. Bu iş insanlığa ən faydalı bir əməldir”.