Xəbər verdiyimiz kimi, “Ritm Production” kinoşirkətinin fəaliyyətinin 5 illiyi münasibətilə bu ilin iyun ayında tələbə və gənclər arasında 5 dəqiqəlik film ssenariləri müsabiqəsi elan olunmuşdu. Şərtlərə əsasən, ssenarilər 5 iyul 2010-cu il tarixə qədər qəbul olunurdu və qaliblər 5 avqustda elan olunmalı idi. Şirkətin direktoru Xəqani Həşimovun verdiyi məlumata görə, komissiya ssenari qəbulu vaxtını 5 sentyabra qədər artırmaq qərarına gəlib: “Bəlkə də isti yay ayları olduğundan gənclər aktivlik göstərmirlər. Cəmi 14 ssenari təqdim olunub. Bunların içərisindən 5 yaxşı ssenari seçmək çətinlik yaradır”. X.Həşimovun sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd istedadlı gənclərə imkanlar açmaq, onlara çəkiliş meydançasında , studiyalarda işləmək şəraiti yaratmaqdır.
   Qeyd edək ki, müsabiqədə qalib gələcək 5 ssenari “Ritm Production” şirkəti tərəfindən ekranlaşdırılacaq. Çəkilmiş filmlərin müxtəlif kinofestivallara təqdim olunması da nəzərdə tutulur.
   Yeganə