Azərbaycan

5 aprel 1909 – Bəstəkar Asəf Zeynallı (1909 - 27.10.1932) Şuşada doğulub. Simfonik, kamera-vokal və instrumental əsərlərin müəllifidir. “Uşaq süitası” ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.

 

6 aprel 1717 – Böyük şair Molla Pənah Vaqif (1717-1797) Qazax mahalının Qıraq Salahlı kəndində doğulub. Yaradıcılığı Azərbaycan poeziyasının mühüm mərhələsini təşkil edir. Qarabağ xanlığında İbrahimxəlil xanın vəziri olub.

6 aprel 1939 – Kinorejissor, Xalq artisti, professor Tofiq Hüseyn oğlu İsmayılov (1939 – 25.3.2016) anadan olub. Filmləri: “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Vulkana doğru”, “Oxuyur Müslüm Maqomayev” və s.

 

7 aprel 1906 – Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu Azərbaycanın ilk satirik nəşri – “Molla Nəsrəddin” jurnalının birinci sayı çapdan çıxıb.

 

9 aprel 1905 – Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 – 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub.

9 aprel 1946 – Tanınmış aktyor və rejissor Ceyhun Mirzəyev (1946 – 5.3.1993) Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. “Ögey ana”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib. Rejissor işi: “Bəyin oğurlanması” (V.Mustafayevlə birgə), “Fəryad” (eyni zamanda baş rolun ifaçısı).

 

Dünya

 

5 aprel 1588 – İngilis filosofu Tomas Hobbs (Thomas Hobbes; 1588-1679) anadan olub.

5 aprel 1900 – Amerika aktyoru, “Oskar” mükafatçısı Spenser Treysi (Spencer Tracy; 1900-1967) anadan olub.

5 aprel 1945 – Türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 - 8.2.2004) anadan olub.

 

6 aprel 1826 – Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau; 1826-1898) anadan olub. Əsərləri: “Edip və Sfinks”, “Yupiter” və s.

6 aprel 1929 – Alman əsilli Amerika bəstəkarı və dirijoru, film musiqilərinə görə “Oskar” mükafatçısı Andre Previn (Andreas Ludwig Priwin; 1929-2019) anadan olub.

 

7 aprel 1883 – İtaliya rəssamı və heykəltəraşı, futurizm cərəyanının banilərindən biri Cino Severini (1883-1966) anadan olub.

7 aprel 1889 – Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1945) laureatı Qabriela Mistral (Gabriela Mistral - əsl adı Lucila Godoy Alcayaga; 1889-1957) anadan olub.

 

8 aprel 1692 – İtaliya bəstəkarı Cüzeppe Tartini (1692-1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurluq qazanıb.

8 aprel 1859 – Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub.

 

9 aprel 1821 – Fransa şairi və ədəbiyyatşünası Şarl-Pyer Bodler (Charles Pierre Baudelaire; 1821-1867) anadan olub.

Hazırladı:  Vüqar ORXAN