“Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim”.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün Twitter səhifəsində yazıb.

“Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.