AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının 2019-cu ildə birinci sayı nəşr olunub.

Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə çap olunan jurnalda dünya ədəbiyyatı və türk xalqları ədəbiyyatı ilə qarşılıqlı müqayisəli təhlillərin apardığı elmi məqalələr yer alıb.

Xatırladaq ki, jurnal uzun müddət “Ədəbi əlaqələr” adı ilə fəaliyyət göstərib. AMEA Rəyasət Heyətinin jurnalların təkmilləşdirilməsi ilə bağlı qərarından sonra komparativistika (müqayisəli ədəbiyyatşünaslıq) istiqamətində ixtisaslaşan jurnalın adı dəyişdirilib.