Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 2019-cu il oktyabr ayının 25-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Ucar rayon Heydər Əliyev Mərkəzində (Ucar şəhəri, Heydər Əliyev prospekti, 73) Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində (Ağdaş şəhəri, Heydər Əliyev meydanı 1) Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi: 147), (012) 493 92 17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – Regional siyasət şöbəsinin müdiri) və (012) 493 55 21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra №-si |
Şəhər (rayon) |
Əlaqələndirici şəxs |
Əlaqə telefonu |
Ucar rayonu |
Alı Babayev |
050-234-04-65 020-213-00-85 |
|
Zərdab rayonu |
Urfan Əhmədov |
050-375-83-03 020-296-60-61 |
|
Ağdaş rayonu |
İlqar Vəliyev |
050-389-80-81 020-235-56-19 |
|
Göyçay rayonu |
Sahib Şükürov |
050-226-00-37 020-274-60-24 |