Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin professoru, rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramovun 70 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Yubiley mərasimində icra başçısı Əziz Əzizov, millət vəkilləri Adil Əliyev, Fazil Mustafa, Aqil Abbas, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Əziz Əzizov və başqa çıxış edənlər yubilyar sənətkara təbriklərini çatdırıb yaradıcılıq yolundan danışıblar. Qeyd olunub ki, şairlərimizin şeirləri Ağalar Bayramovun ifasında yeni çalarlar qazanır.

Tədbirdə yubilyarın, Xalq artisti Gülyanaq Məmmədovanın, eləcə də Mirələm Mirələmov, Bahar Lətifqızı və digərlərinin ifasında təqdim olunan bədii hissə tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.