Azərbaycan yazıçılarının Buxarestdə nəşr olunmuş kitablarının təqdimat mərasimi keçirilib. Rumıniyada keçirilən tədbir çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın alban dilinə çevrilmiş “Ağ qoç, qara qoç” əsərinin və Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin “Günəş altında zülmət” kitabının təqdimatı olub. Qeyd edək ki, kitab Buxarest Universitetinin professoru Dumitru Balan tərəfindən rumın dilinə tərcümə edilmişdir.
   Tədbirdə Rumıniya Mədəniyyət və Xarici İşlər nazirliklərinin rəhbərliyi, tanınmış ədəbiyyat və incəsənət xadimləri, rəsmi şəxslər, xarici ölkələrin səfirləri, tatar icmalarının təmsilçiləri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, Heydər Əliyev Fondunun, ARDNŞ-in Rumıniyadakı nümayəndəliklərinin əməkdaşları, burda təhsil alan azərbaycanlı tələbələr və KİV nümayəndələri iştirak ediblər.