Aprelin 1-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (“Miras” MİÖK İB) və Türkiyənin “Akşehir Foto İlgilileri” dərnəyinin birgə təşkilatçılığı ilə VI Beynəlxalq türk incəsənəti sərgisi açılacaq. “Miras” İctimai Birliyindən bildiriblər ki, sərgidə Azərbaycan və Türkiyənin incəsənət xadimlərinin müxtəlif janrlarda dəyərli əl işləri nümayiş etdiriləcək.
   Sərgi çərçivəsində “Türk-islam incəsənəti və memarlığı” mövzusunda seminar da keçiriləcək. Bundan əlavə, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyi və “Miras” MİÖK İB-in birgə hazırladıqları, türk xalqlarının mənəvi mədəniyyətinə həsr edilmiş “Axtaçı obası: Tərəkəmə çərşənbəsi” filminin təqdimatı olacaq.
   Sərgi aprelin 3-dək davam edəcək.