18 may - Beynəlxalq Muzeylər Günü ərəfəsində təşkil edilən “Muzeylərdə gecə” aksiyası çərçivəsində Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində də tədbir keçirilib. Mayın 14-də muzeyə gələn 200-ə yaxın qonaqlara maraqlı sərgi, T.Haşımovanın maestro Rostropoviç haqqında çəkdiyi “Slavanın 5 günü”, A.Əliyevin “Bizdə hər şey var” və s. filmlər nümayiş olundu.
   M.Rostropoviç, İ.Moniqetti, F.Əlizadəyə aid materiallardan hazırlanmış xüsusi guşə qonaqların marağına səbəb oldu. Qonaqlardan biri rəy kitabında muzey haqqında öz təəssüratlarını yazaraq bildirib ki, o, muzeyə gəlməklə, M.Rostropoviç haqqında çox dolğun məlumat alıb və buradan müsbət fikirlərlə ayrılır. Qonaqlara Bakıda keçirilən beynəlxalq Rostropoviç musiqi festivallarında hazırlanmış xüsusi təqvimlər hədiyyə edilib.