Türkiyənin Qaziantep Universitetində “Azərbaycan-Türkiyə münasibətlərində ədəbiyyat, sənət, mədəniyyət və musiqi” mövzusunda seminar keçirilib. 
   Seminarda məruzələrlə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı, ədəbiyyat tənqidçisi Əhməd Şafak və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qardaş xalqlarımız arasında ədəbiyyat və musiqi sahələrində ortaq tarixdən, mədəni irsimizin təbliği və qorunması məsələlərindən bəhs ediblər.
   Qaziantep Universitetinin dekanı, dosent Ruhi Ersoy Azərbaycan Musiqi Akademiyası ilə imzalanmış protokol əsasında davam edən əməkdaşlıqdan danışıb.
   Seminar iştirakçıları universitetin azərbaycanlı müəllimi Məhəmməd Əliyevin rəsm sərgisi ilə tanış olub, Türk Musiqisi Dövlət Konservatoriyasının konsertini dinləyiblər.