Türkiyədə xalçalarımızın sərgisi açılacaq

Martın 13-də İstanbulda dünyanın ən iri islam mədəniyyəti nümunələrinin saxlandığı Türk və İslam Əsərləri Muzeyində nadir Azərbaycan xalçalarının sərgisi və kitab-kataloqun təqdimat mərasimi keçiriləcək. Azərbaycan Milli Xalça Muzeyindən verilən məlumata görə... Ətraflı

Marneulidəki Nərimanov adına park yenidən qurulur

Gürcüstanın Marneuli rayonundakı görkəmli ictimai-siyasi xadim, ədib, maarifçi Nəriman Nərimanovun adını daşıyan park yenidən qurulur. Abidənin yerləşdiyi parkda və Nərimanovun büstü üzərində təmir-bərpa işlərinə başlanılıb. Marneuli şəhərinin meri Zaur Darğallı ... Ətraflı

Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mart ayının 13-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Siyəzən rayon Heydər Əliyev Mərkəzində (Siyəzən şəhər... Ətraflı

“Bölüşərək zənginləşək” İxtisasartırma kurslarının ikinci mərhələsi başlanır

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən mədəniyyət işçilərində müasir peşə təfəkkürü və səriştəsinin formalaşmasına xidmət edən “Bölüşərək zənginləşək” şüarı altında ixtisasartırma kurslarının ikinci mərhələsinə... Ətraflı

Həmkarlar İttifaqı Respublika Komitəsi AZƏRTAC-ın əməkdaşlarını mükafatlandırıb

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 100 illik yubileyi münasibətilə martın 4-də agentliyin kollektivi ilə görüşüb. Görüşdə çıxış edən AZƏRTAC-ın İdar... Ətraflı

Birgə qrant müsabiqələrinin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfdaş 26 qurumla birgə keçirilən qrant müsabiqəsinin nəticələrini açıqlayıb. Bununla bağlı keçirilən mətbuat konfransında Şura katibliyinin icraçı direktoru ... Ətraflı

YARAT-da növbəti sərgilər

Martın 18-də YARAT Müasir İncəsənət Mərkəzində tanınmış rəssam Fərid Rəsulovun “Qurban olum” və Amsterdamda yaşayan rəssam Əhməd Öğütün “Heç bir şeir şairini sevməz” sərgiləri təqdim olunacaq. Fərid Rəsulov yeni sərgisində müqəddəs Qurban bayra... Ətraflı

Nağıllar və əfsanələrin rəngləri

Martın 12-də Muzey Mərkəzinin sərgi qalereyasında Əfsanə Həbibin “Favole” adlı fərdi sərgisi açılacaq. Sərginin adı italyan dilindən “nağıllar, əfsanələr” kimi tərcümə olunur. Bu baxımdan sərginin adı rəssamın adı ilə üst-üstə düşür. O, 62 rəsm... Ətraflı

“Young Lions” müsabiqəsi ilk dəfə ölkəmizdə də keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalının, eləcə də mərc operatoru “Topaz”ın dəstəyi ilə “Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalının gənc reklam mütəxəssisləri üçün mərhələsi –  “Y... Ətraflı

“Ye, gəz, tamaşa et”

Rusiyanın “RİA Novosti” informasiya agentliyi Bakı haqqında fotolent təqdim edib. “Ye, gəz, tamaşa et. Azərbaycan paytaxtı üzrə bələdçi” sərlövhəsi altında Bakı şəhərinin müxtəlif guşələrindən 13 fotoşəkil nümayiş etdirilir. Fotolentin təqdimatında ... Ətraflı