Dünya baletinin ulduzları Bakıda çıxış edəcəklər

   Fevralın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.İ.Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq.    Tamaşada baş rolları balet sənətinin ulduzları - Sankt-Peterburqun Mariinski Opera və Balet Teatrının solistləri, balet artistlərinin... Ətraflı

Bakı Uşaq Teatrı Türkiyəyə festivala gedir

   Bu ilin mayında Türkiyənin Sinop şəhərində Teatr Festivalı keçiriləcək. Festivala Bakı Uşaq Teatrı da dəvət olunub. Teatrın direktoru İntiqam Soltan sənət yarışmasına «Heykəl» adlı tamaşa hazırladıqlarını bildirib. İtalyan həyatından bəhs edən komediyanın müəllifi və tamaşanın reji... Ətraflı

Bakıda ASSİTEJ-in iclası keçiriləcək

   Fevralın 20-də Bakıda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) icraçı komissiyasının iclası keçiriləcək. Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri, Əməkdar artist Mübariz Həmidovun verdiyi məlumata görə, Bakıya qurumun... Ətraflı

Ağdam Dövlət Dram Teatrı 110 illik yubileyinə hazırlaşır

   Təməli 1902-ci ildə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən qoyulan Ağdam Dövlət Dram Teatrı 110 illik yubileyini qeyd etməyə hazırlaşır. Hazırda teatrda bir neçə tamaşa üzərində iş gedir. Teatr sənətsevərlərə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalından bəhs edən “O kənd... Ətraflı

Gəncə Dövlət Dram Teatrında beş yeni tamaşa

   Bu il Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi teatrsevərlərə 5 yeni tamaşa təqdim etməyi planlaşdırır. Teatrın direktoru Əli Qasımovun verdiyi məlumata görə, yeni tamaşalar arasında İradə Gözəlovanın quruluşunda görkəmli rus yazıçısı Nikolay Qoqolun “Evlənmə” əsəri də yer a... Ətraflı

«Hekayəti-Şahzadeyi-Xəzər»

   Gənc Tamaşaçılar Teatrında «Hekayəti-Şahzadeyi-Xəzər» adlı yeni tamaşa hazırlanır. Kamran Ağabalayevin müəllifi olduğu pyesə rejissor Nicat Kazımov quruluş verir. Tamaşanın quruluşçu-rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır. Rəqslərin quruluşu N.Kazımova, döy... Ətraflı

«Uşaqlıqda riyaziyyata meyilli idim, amma sonda teatra bağlandım»

   Fevralın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyevin 50 yaşı tamam olur. Aktyorun 50 illik yubileyi yaradıcılığının 30 illiyi ilə üst-üstə düşür. Bu münasibətlə onunla görüşüb, keçdiyi ömür və sənət yoluna nəzər saldıq.      ... Ətraflı

«Buzovna kəndinin əhvalatları» və rəngarəng talelər

   Diqqət, məşq gedir!      Gənc Tamaşaçılar Teatrı yaxın vaxtlarda tamaşaçılara Bakı kəndlərinin maraqlı əhvalatlarını, gündəlik yaşam tərzini, adət-ənənələrini əks etdirən yeni səhnə əsəri təqdim edəcək. Teatrda Xalq yazıçısı Elçinin povestləri əsasında... Ətraflı

Gəncə teatrında “Hekayəti-xırs quldurbasan”

   Gəncə Dövlət Kukla Teatrında Mirzə Fətəli Axundovun “Hekayəti-xırs quldurbasan” əsəri səhnələşdirilir. Gəncə Dövlət Kukla Teatrından verilən məlumata görə, əsər Mirzə Fətəli Axundovun 200 illik yubileyi ilə əlaqədar səhnələşdirilir və yubiley tədbirləri çərçivəsində Bakıda keçirilm... Ətraflı

Musiqili Komediya Teatrında yeni adlar axtarışı

   102-ci mövsümünü yaşayan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı gənc və istedadlı kadrların teatra cəlb edilməsinə xüsusi diqqət yetirir. Son vaxtlar kollektivə daha çox yaradıcı gənclər dəvət olunub. Yanvarın 26-da isə teatrda həm aktyor heyətinə, həm də xor, balet və orkestr ... Ətraflı